XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

18 May 2015 - 07:29

Ötən il müdafiə xərcləri 1 516 088 211 manat təşkil edib

mudafie.jpg

2014-cü ildə qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri 449 695 542 manat təşkil edib. Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərinin qarşılanmasına 378 935 315 manat sərf edilib.

Bu məlumatlar Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsindən götürülüb.

2014-cü ildə yerli (bələdiyyə) büdcələrinə 5 191 050 manat dotasiya verilib.

Müdafiə qüvvələrinə 1 396 033 908 manat, milli təhlükəsizlik məsələləri ilə bağlı 114 350 473 manat, müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara 2 602 212 manat xərclənib. ümumilikdə, müdafiə xərcləri 1 516 088 211 manat təşkil edib.

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları ilə bağlı ümumi xərclər 1 103 554 416 manat olub.

Təhsilə 1 553 864 912 manat xərclənib.

Sahibkarlığın dəstəklənməsinə 202 383 554 manat, ipotekaya isə 40 000 000 manat xərclənib.

Strateq.az