XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

10 Mart 2016 - 11:42

İnternet olmadan ödənişlər edə bilərsiz- Azərbaycanda yeni sistem

hesabaz4

Azərbaycanın onlayn ödəmələr bazarının böyük şirkətlərindən olan “GoldenPay” ASC  lite.hesab.az USSD sistemini istifadəyə verib.

Hesab.az protalının yeni vizual görünüşünün təqdimat mərasimində şirkətin rəhbəri Fərid İsmayılzadə bildirib ki, bu sistem interet olmadan Bakcell və Nar abunəçilərinə hesab.az-dan istifadə etmək imkanı verir:

"lite.hesab.az-da qeydiyyatdan keçmiş Bakcell və Nar abunəçiləri *713# yığmaqla USSD menudən isitfadə edərək rahat şəkildə ödənişlərini edə bilərlər".

Qeyd edək ki, dünəndən etibarən istifadəçilər Hesab.az portalının yeni dizaynından istifadə edirlər.

Park İnn otelində keçirilən mətbuat konfransı portalın təqdimat video çarxı ilə başlayıb. Portalın təqdimat video çarxında Hesab.az-ın yeni əsas konsepsiyası olan “Vaxtınıza dəyər verin” mesajı ön plana çəkilib. Video çarxın rejissoru Emil Quliyev çıxışında uzun zamandır Hesab.az istifadəçisi olduğunu və Hesab.az-ın yeni konsepsiyasının təqdimat videosunun hazırlanması ilə bağlı təklifi məmnuniyyətlə qəbul etdiyini bildirib.

Mətbuat konfransında şirkətin rəhbəri Fərid İsmayılzadə Hesab.az-ın yeni stili ilə bağlı jurnalistlərə ətraflı məlumat verərək portalın qarşıdakı hədəflərini açıqlayıb:

“Hər zaman inanmışam ki, insan texnologiyanın edə biləcəyi işlərə görə vaxt itirməməlidir. Əgər texnologiyadan istifadə edərək, hər hansı ödəniş aparmaq və ya xidməti almaq üçün 10-15 saniyə kifayət edirsə, niyə buna saatlarla vaxt itirilməli, enerji sərf edilməlidir?! Elə bu ideyanın əsasında biz 2011-ci ildə Hesab.az portalını yaratdıq. Bizim üçün heç vaxt şirkətin kommersiya maraqları üstün olmayıb. Bizim əsas məqsədimiz insanların vaxtlarına qənaət edərək onu daha səmərəli keçirmələri və ailələrinə, sevdiklərinə daha çox vaxt ayırmalarıdır. Elə ilk video çarxımızda da məhz ailə mövzusu önə çəkdik. Qarşıda yeni video çarxların çəkilişi də nəzərdə tutulub. Yeni video çarxlarda isə Hesab.az-dan istifadə etməklə qənaət edilən vaxtın necə daha səmərəli dəyərləndirməyin mümkünlüyünü nümayiş etdirəcəyik”.

F.İsmayılzadə il ərzində Hesab.az-ı tamamilə yenilənəcəyini deyib: “Hesab.az-ın yalnız görüntüsünü deyil, həm də texnoloji imkanlarını yeniləyəcəyik. Demək olar ki, bu istiqamətdə görülən işlərin yarısı tamamlanıb. Növbəti ildə isə biz onlayn xidmətlərimizin sayını artırmağı planlaşdırırıq. Hesab.az istifadəçiləri aviabilet daxil olmaqla, alış-veriş etmək imkanına qədər bir çox xidmətləri bir məkandan əldə edə biləcəklər”.

Portalın yeni dizaynını hazırlayan “SAFAROFF Creative Agency” şirkətinin qurucusu Çingiz Səfərov GoldenPay-lə işləməkdən məmnun olduğunu bildirib:

 “GoldenPay müasir və yenilikçi şirkətdir. Bu şirkət üçün insanların vaxtına qənaət etməsi əsas amil olduğundan işimizdə bunu nəzərə almışıq. Hesab.az brendinin yeni stilini də məhz bu amili əsas tutaraq hazırlamışıq”(marja).