XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

10 Mart 2016 - 11:52

Beynəlxalq Bankınreytinqi aşağı salındı

Fich

«Fitch» beynəlxalq reytinq agentliyi Beynəlxalq Bankın uzunmüddətli defolt emitenti reytinqini «BB»dən «BB-» səviyyəsinədək endirib.

Bu barədə agentliyin yaydığı məlumatda deyilir. Reytinq üzrə proqnoz neqativdir.

«Fitch» bildirir ki, reytinqin endirilməsinə səbəb hökumət tərəfindən banka veriləcək dəstəyin zəifləməsidir.

«Maliyyə Nazirliyi bankın nizamnamə kapitalında iştirak payını 51.1 faizdən 80 faizədək qaldırıb. Bundan başqa, yanvar ayında bankın 3 mlrd. manat səviyyəsində olan problemli aktivlərinin təmizlənməsi prosesi yekunlaşıb. Problemli aktivlərin təmizlənməsinə baxmayaraq, kredit portfelində yüksək dollarlaşma bankın aktivlərinə təzyiqlərin yüksək olmasına səbəb olur. Problemli kreditlərin bankın ümumi kredit portfelində xüsusi çəkisi 7 faiz təşkil edir.Hesab edirik ki, yaxın gələcəkdə bankın rentabelliyi bərpa olunmayacaq», – deyə məlumatda bildirilir(apa).