XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

11 May 2020 - 23:41

Daha bir ölkə OPEC+ kvotasına əlavə olaraq neft hasilatını azaldacaq

BƏƏ iyun ayında OPEC+ çərçivəsində öhdəliklərinə əlavə olaraq neft hasilatını sutkada daha 100 min barrel azaldacaq.

Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu ölkənin neft naziri Suheyl əl-Məzrui bildirib.

Onun sözlərinə görə, bu addımla BƏƏ Səudiyyə Ərəbistanının bazarı sabitləşdirmək üzrə səylərini dəstəkləyəcək.

Xatırladaq ki, daha əvvəl Küveyt də iyun ayında OPEC+ çərçivəsində öhdəliklərinə əlavə olaraq neft hasilatını sutkada daha 100 min barrel azaldacağını bildirib.