XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

11 May 2020 - 22:54

“Neftin qiyməti 80 dollar olmalıdır ki, ölkə rahat nəfəs ala bilsin” –İlham Şabandan şərh

Son günlər neftin bir barrelinin qiyməti 30 dolları keçdi. Bundan bir qədər əvvəl isə neft son 20 ildə görünməyən həddə qədər ucuzlaşdı, qiymət 15-20 dollar civarında dəyişdi.

Lakin bu, Azərbaycanın dövlət büdcəsində neftin bir barrelinin proqnozlaşdırılan qiymətindən (55) 25 dollar azdır. Azərbaycanın ixracının isə 90 faizi neft və qazın payına düşür.

Bəs görəsən, Azərbaycanda “qara qızıl” daha nə qədər bahalaşmalıdır ki, problemlərin arxada qaldığı açıqlansın?

“Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Azadlıq” radiosuna deyib ki, Azərbaycanda problemlərə səbəb təkcə dünya bazarında neftin qiymətinin azalması deyil.

Ekspertə görə, üstəlik, koronavirus pandemiyası da ölkə iqtisadiyyatına mənfi təsir göstərir, nəticədə ölkə iqtisadiyyatı daralıb.

İ.Şaban əlavə edib ki, iqtisadiyyatın ticarət, tikinti sektorunun gəlirləri azalıb.

O vurğulayıb ki, tikinti sektoru da neft-qaz gəlirlərindən qidalanırdı.

Ekspertin fikrincə, bununla yanaşı, xidmət sahəsində, o cümlədən, toy və yas mərasimlərinə tətbiq edilən qadağalar, turizm sahəsindəki durğunluq da büdcəyə gəlirləri azaldıb: “İndi elə vəziyyət yaranıb ki, neftin qiymətinin aşağı düşdüyü bir vaxtda böyüşirkətləöz büdcə xərclərinə yenidən baxırlar, kapital xərclərini azaldırlar, ya da belə xərcləri 2021-ci ilə keçirirlər. Neft sənayesində qazma əməliyyatı və s. kimi proseslər azalacaq. Burada çalışan əməkçiləüçün ya iş olmayacaq, ya da, el içində deyildiyi kimi, “quru maaş” alacaqlar, qazma ilə bağlı nəzərdə tutulan pul vəsaitlərini ala bilməyəcəklər”.

İ.Şaban ehtimal edir ki, bütün bunlar Neft Fondundan (hazırda orada 41 milyard dollar ehtiyat olduğu bildirilir) büdcəyə köçürmələrin həcmini artıracaq. O xatırladıb ki, bu il üçün Fondan büdcəyə 11 milyard 350 milyon manat köçürmə nəzərdə tutulurdu.

Onun qeyd etməsinə görə, koronavirus pandemiyası ilə bağlı hökumətin 3.5 milyard manat (2 milyard dollardan çox) əlavə xərci yaranıb: “Gəlirlərin 95 faizi isə birbaşa neftin satışından qidalanır…”.

Ekspert xatırladıb ki, başqa bir tərəfdən isə, hökumət neft həcmini təbii yolla yox, OPEC+ formatında azaltmağa gedir. Onun fikrincə, bu da gəlirlərə mənfi təsir edən amildir: “Bütün bu həcm azalmalarını nəzərə alsaq, büdcəyə gəlirlərin tarazlaşdırılması, Neft Fondundan əlavə vəsait götürməməüçün neftin orta ixrac qiyməti 55 yox, 70-75 dollar ətrafında olmalı idi. Ancaq nəzərə alsaq ki, birinci rübdə orta ixrac qiyməti 59 dollar olub, bu, gəlirləri artırmağa imkan vermir. Gəlir baxımından qalan müddəərzində neftin qiyməti 80 dollar olmalıdır ki, ölkə rahat nəfəs ala bilsin”.

İlham Şaban deyib ki, pandemiyadan sonra neftin qiyməti artacaq, ancaq bunun nə qədər olacağını indidən söyləmək mümkün deyil. Onun fikrincə, bu, dünyada iqtisadi hərəkətlilikdən və bazarda tələbatdan asılı olacaq.