“Yanvar-aprel aylarının yekunlarına görə Qazaxıstanda neft hasilatı 31,3 milyon ton təşkil edib ki, bu da plandan 2,6% və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 6% artım olduğunu göstərir”.
Bunu ölkənin Energetika naziri Nurlan Noqayev deyib.
“Eyni zamanda, neft emalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% azalaraq 5,2 milyon ton təşkil edib. Azalma apreldə Pavlodar neftayırma zavodunun fəaliyyətinin planlı təmir üçün dayandırılması ilə əlaqədardır”, – nazir bildirib/Report.