XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

13 May 2020 - 16:26

“OPEC+” ölkələri neft ixracını azaldıb- Açıqlama

“OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri may ayında hasilatın azaldılmasına dair razılaşması fonunda neft ixracını azaldıb.

APA-Economics”in “Bloomberg”ə istinadən verdiyi məlumata görə, bunu “Vortexa” analitik şirkətinin rəhbəri Klay Sayql deyib.

Məlumata əsasən, Səudiyyə Ərəbistanı aprel ayı ilə müqayisədə may ayının ilk 10 günündə tədarükü 17% azaldaraq gündəlik 8 mln. barel səviyyəsinə endirib. Rusiya isə may ayının ilk 12 günündə neft tədarükünü 3,8 mln. bareldən (aprel ayının göstəricisi) 2,8 mln. barelədək endirib.

Ekspertin fikrincə, hasilatın azaldılması ilə bağlı əldə edilmiş razılığa əməl olunsa, ixrac göstəricilərinin azalması davam edəcək.

Qeyd edək ki, “OPEC+” formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. “OPEC+” ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub.