XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

14 May 2020 - 13:45

Beynəlxalq Enerji Agentliyi:"Gündəlik qlobal neft emalı bu il 6,2 milyon barel azalacaq"

Beynəlxalq Enerji Agentliyini (IEA) 2020-ci ildə dünyada gündəlik neft emalı üzrə proqnozunu dəyişib.

Bu barədə IEA-ın may ayı üzrə hesabatına istinadən verdiyi məlumata görə, bu il dünyada gündəlik neft emalı illik ifadədə 6,2 mln. barel azala bilər ki, bu da öncəki proqnozla müqayisədə 1,4 mln. barel azdır.

Hesabata əsasən, dünyada neft emalı həcmlərinin azalmasının pik nöqtəsi may ayında olacağı gözlənilir. Bu ilin II rübündə azalma ötən ilin eyni dövrü ilə müqayisədə gündəlik 13,4 mln. barel səviyyəsində olacaq.

Hesabatda Avropa, Asiya və Afrikadakı bir neçə neft emalı zavodunun qeyri-müəyyən vaxtda bağlanması fonunda may ayının əvvəlində boş saxlama anbarlarının tapılması ilə bağlı çətinliklərin artdığı bildirilirdi/APA.