XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

14 May 2020 - 21:01

Dünya Neft Konqresi təxirə salındı –Koronavirusa görə

Bu il dekabrın 6-dan 10-dək Hyustonda keçirilməsi nəzərdə tutulan 26-cı Dünya Neft Konqresi gələn il dekabrın 5-9-na təxirə salındı.

Bu barədə tədbirin Təşkilat Komitəsinin açıqlamasında bildirilir.

“COVID-19-in səhiyyə, təhlükəsizlik, səyahətlərin məhdudlaşdırılması, dünya neft sənayesi də daxil olmaqla müxtəlif sahələrdəki fəsadlarının geniş yayılması dünya üçün fövqəladə təhlükələr yaradaraq neft-qaz sektoruna çox böyük ziyan yetirib”, – açıqlamada qeyd olunub.

Xatırladaq ki, tədbirin təşkilatçısı Dünya Neft Şurası 1933-cü ildə təsis edilib və qərargahı London şəhərində yerləşir. Qurumun 65 üzv ölkəsi arasında ən böyük neft istehsalçıları olan Səudiyyə Ərəbistanı, Rusiya və ABŞ da var/Report.