XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

16 May 2020 - 10:36

Əhalinin siyahıya alınmasına və bələdiyyə seçkilərinin keçirilməsinə xərclənən vəsait açıqlanıb

Ötən il ölkə əhalisinin böyük hissəsinin iştirakını əhatə edən bir sıra tədbirlərin maliyyələşdirilməsi, o cümlədən əhalinin siyahıyaalınmasının aparılmasına 19,8 milyon manat xərclənib.

APA-nın məlumatına görə, bu, “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda əksini tapıb.

Keçən il bələdiyyə seçkilərinin keçirilməsinə və bununla əlaqədar tədbirlərin təminatına isə 55,6 milyon manat vəsait yönəldilib.