XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

22 May 2020 - 09:32

“Çovdar” qızıl və gümüş yatağınının resursları 47% artıb –“AzerGold”

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) həyata keçirdiyi intensiv kəşfiyyat işləri nəticəsində Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl və gümüş yatağınının metal resurslarının 47% həcmdə artımına nail olub.

“AzerGold”dan verilən məlumata görə, öncə aparılmış kəşfiyyat işləri nəticəsində Çovdar yatağının qızıl resurslarının həcmi 1127.5 min unsiya (və ya 35 ton) təşkil edirdi. Hazırda yatağın üst hissəsinin istismarı çərçivəsində hasilat işləri uğurla aparılır. Yatağın dərin qatlarında filiz həcmi üzrə göstəricilərin, bununla da layihənin iqtisadi səmərəliliyinin artırılması məqsədi ilə Cəmiyyət tərəfindən 2018-2019-cu illərdə genişmiqyaslı buruq-qazma əməliyyatları aparılıb, ümumilikdə 28 min metrdən çox dərinlikdə 145 geoloji quyu qazılıb. Nəticədə, yatağın resurları 533.5 min unsiya (və ya 16,5 ton) həcmində artırılmış və bu rəqəmlər beynəlxalq ekspertlər tərəfindən təsdiqlənib. Beləliklə, hazırda “Çovdar” yatağının ümumi resurslarının həcmi 1661.0 min unsiya (və ya 51,5 ton) qızıl kimi hesablanır”, – məlumatda qeyd edilir.

Xatırladaq ki, “Çovdar” yatağının birinci – yerüstü mərhələsinin istismarı 2017-cı ildən etibarən həyata keçirilir. Hazırda yatağın ikinci – dərin qatlarının istismarı mərhələsi üzrə texniki və iqtisadi tədqiqat işləri beynəlxalq məsləhətçi şirkətin nəzarəti ilə həyata keçirilir və yaxın gələcəkdə layihə üzrə Texniki-İqtisadi Əsaslandırma və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədlərinin hazırlanmasıüzrə işlərin yekunlaşdırılması gözlənilir. İkinci mərhələnin icrasına  2024-cü başlanılması planlaşdırılır.