XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

22 May 2020 - 11:29

Strateji valyuta ehtiyatları 34 aylıq mal və xidmət idxalına kifayət edir – AMB

Bu ilin I rübündə Azərbaycanın strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti” icmalında deyilir.

İcmalda qeyd olunur ki, 2020-ci ilin I rübünün sonuna ölkənin strateji valyuta ehtiyatları 34 aylıq mal və xidmət idxalına kifayət edib (2019-cu ilin yekunu üzrə mal və xidmət idxalı götürülməklə).

Bildirilir ki, bu müddətdə strateji ehtiyatlar manatla pul kütləsini (M2) 5,1 dəfə üstələyib.

Qeyd edək ki, 2019-cu ilin I rübünün sonuna ölkәnin strateji valyuta ehtiyatları 46,7 mlrd. ABŞ dolları tәşkil edәrәk 32 aylıq mal vә xidmәt idxalına kifayәt edib.