Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend-in məlumatına görə, mayın 22-də qızılın qiyməti mayın 21-i ilə müqayisədə 27,395 manat azalaraq 1 unsiya üçün 2934,668 manat təşkil edib.
Gümüş 0,7831 manat ucuzlaşaraq 1 unsiya üçün 28,5677 manata bərabər olub.
Platinin qiyməti 19,66 manat azalaraq 1411,587 manat, palladiumun qiyməti 48,425 manat azalaraq 3435,768 manat təşkil edib.