XƏBƏR LENTİ

13 Avqust 2020

Digər Xəbərlər

23 May 2020 - 11:21

Azərbaycan nefti yenidən ucuzlaşıb- Qiymət

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 22-də 35,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,31 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 34,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,3 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 33,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,25 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 32,85 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,28 dollar/barel azdır.