XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

11 Mart 2016 - 14:44

“Manatın məzənnəsinin cari dəyişiklikləri Mərkəzi Bankın təcili müdaxiləsini tələb etmir”- Natiq Əmirov

Azerbaydzhan-privyazhet-manat-k-evro

Hazırda Azərbaycanda manatın məzənnəsində Mərkəzi Bankın təcili müdaxiləsini tələb edən ciddi dəyişikliklər müşahidə olunmur.

Trend-in məlumatına görə, bunu Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Azərbaycanda aparılan iqtisadi islahatlara Azərbaycanda Amerika Ticarət Palatasının dəstəyi" mövzusunda keçirilən konfransda bildirib.

O bildirib: "Bizim manatın məzənnəsi üçün "qırmızı xətt"imiz yoxdur. Ümumilikdə iqtisadiyyata zərər vura biləcək istənilən səviyyə (məzənnənin səviyyəsi) "qırmızı xətt" hesab olunur. Belə hallarda Mərkəzi Bank müdaxilə edir".

Prezidentin köməkçisi qeyd edib ki, bazarın tələbatı manatın obyektiv məzənnəsini müəyyənləşdirməyə imkan verir: "Manatın məzənnəsi, o cümlədən idxalın səviyyəsindən asılı olaraq da dəyişə bilər".