XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

11 Mart 2016 - 14:50

İranın gündəlik neft ixarcı bir milyon səkkiz yüz min barelə çatıb –Açıqlama

iran-neft

İranın xam neft ixracı gündə bir milyon səkkiz yüz min barelə çatıb.

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu barədə İran Milli Neft Şirkətinin sərəncamçı müdiri  Ruknəddin Cavadi  bildirib.

Cavadinin sözlərinə görə, sanksiyadan sonrakı inkişaf altıncı beşillik inkişaf proqramında neft sənayesinin əsas mexanizmi olacaq.

İran Milli Neft Şirkətinin sərəncamçı müdiri ölkənin gündəlik xam neft istehsalının gələn il dörd milyon barelə çatmalı olduğunu dilə gətirərək, bildirib ki, xam neft ixracatı prosesi də davam edəcək.

O, bildirib ki, İran cari ilin əvvəlindən bəri təqribən 220 milyard kubmetr qaz hasil edib: “Gələn il ölkənin qaz hasilatı 260 milyard kubmetrdən yuxarı olacaq və bu rəqəm altıncı beşillik inkişaf proqramının sonunadək ildə təqribən 400 milyard kubmetr olacaq”.