XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2016 - 15:43

“Azərenerji” üçün beynəlxalq məsləhətçi axtarılır –Tender elan olundu

 

azenerji

Maliyyə Nazirliyi tender elan edib.

Maliyyə Nazirliyinin Tender Komissiyasından  Strateq.az-a bildiriblər ki, açıq tenderə "Azərenerji" ASC-də istehsal olunan elektrik enerjisinin maya dəyərinin, enerji istehsalında yanacaq sərfinin, texniki itki normativlərinin, eləcə də elektrik stansiyalarının, enerji istehsalının və enerji qurğularının səmərəliliyinin diaqnostikasını aparmaq üçün bu sahədə böyük təcrübəyə malik beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi təklif olunur. İstehsal olunan elektrik enerjisinin maya dəyərinin, enerji istehsalında yanacaq sərfinin, texniki itki normativlərinin, eləcə də elektrik stansiyalarının, enerji istehsalının və enerji qurğularının səmərəliliyinin diaqnostikasını aparmaq sahəsində beş ildən çox iş təcrübəsi, 10-dan çox enerji sahəsində diaqnostika aparan peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddiaçılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən iddiaçılar tenderdə iştirak edə bilməzlər. Tender təkliflərində iddiaçı tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını, işin icra yerini göstərməlidir.

Tenderdə iştirak edən iddiaçılar Maliyyə Nazirliyinə müraciətdən və tenderdə iştirak üçün 2 min manat ödədikdən sonra tenderin şərtlər toplusunu ala bilərlər. İddiaçı təklifin dəyərinin 5 faizi həcmində bank təminatı təqdim etməlidir.

Tender təklifləri aprelin 28-də Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinə təqdim olunmalıdır. Tender proseduru aprelin 29-da Maliyyə Nazirliyində keçiriləcək.