XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Mart 2016 - 16:16

Natiq Əmirov banklarda manat likvidliyininçatışmazlığından danışdı

natiq-emirov-

Maliyyə Bazarlarına Nəzarət Palatası ötən gün fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, bunu Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Azərbaycanda aparılan iqtisadi islahatlara Amerika Ticarət Palatasının dəstəyi" mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Palata, Mərkəzi Bank və hökumət banklarda manat likvidliyinin çatışmazlığı ilə bağlı problemlər barədə düşünür: "Lakin təkliflərin çoxu likvidliyin pul kütləsinin emissiyası yolu ilə artırılması ilə bağlıdır".

N.Əmirovun fikrincə, bu metod qısamüddətli – 1-2 gün səmərə verə bilər: "Likvidliyin artırılması üçün ən doğru yol dedollarlaşma prosesidir".