XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

01 İyun 2020 - 15:59

Azərbaycanın məcmu dövlət borcunun ÜDM-ə nisbəti bu il 21% təşkil edəcək –BVF

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına əsasən, bu il Azərbaycanın məcmu dövlət borcunun ÜDM-ə nisbəti 21% təşkil edəcək.

BVF-nin Vaşinqtonda yerləşən baş ofisindən bildirilib ki, məcmu dövlət borcu yalnız dövlətin xarici və yerli borcunu əks etdirir və buraya dövlət müəssisələri tərəfindən cəlb olunmuş borclar və dövlət tərəfindən zəmanət verilən  borclar daxil deyil.

Qeyd edək ki, BVF-nin hesablamalarına görə, Azərbaycanda 2019-cu ildə bu göstərici 18% təşkil edib, 2021-ci il üçün verilən proqnoza görə isə məcmu dövlət borcunun ÜDM-ə nisbəti 21,8% təşkil edəcək. (apa)