“Əmanətlərin sığortalanması ilə bağlı yeni strateji baxışı ilin sonuna kimi formalaşdıracağıq”.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
“Hazırda Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə bunu müzakirə edirik. Onun iqtisadiyyata, əmanətçilərə mümkün təsirləri qiymətləndiriləcək”, – deyə E. Rüstəmov bildirib.