XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

01 İyun 2020 - 19:13

“Bağlanmış banklarda qorunan əmanətlərin həcmi 680 mln. manat təşkil edir” –Elman Rüstəmov

“Bağlanmış banklarda qorunan əmanətlərin həcmi 680 mln. manat təşkil edir. Bu bankların kredit portfeli isə 1,217 mlrd. manatdır, ADİF bu vəsaitin yığımını həyata keçirəcək”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu vəsaitin 200 mln. manatı Əmanətlərin sığortalanması Fondunun (ADİF) vəsaitləri hesabına, 480 mln. manatı isə AMB-dən dövlət zəmanəti ilə kredit şəklində veriləcək: “Artıq Maliyyə Nazirliyinə müraciət edilib. Qısa müddətdə vəsait veriləcək”.

Rüstəmov onu da bildirib ki, əmanətlərin bir qismi valyutadadır və AMB bununla bağlı üzərinə öhdəlik götürüb: “Təxminən 200 mln. valyuta formasında veriləcək”. (apa)