XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

01 İyun 2020 - 20:25

Nazirlik vergi ödəyicilərinə olunan maliyyə dəstəyi ilə bağlı məlumat yaydı –Detallar

Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 28 056 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 112 565 fərdi (mikro) sahibkar, cəmi 140 621 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 257 522 işçini əhatə edən 28 056 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

Bildirilib ki, indiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 94,73 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,36 mln. manat təşkil edir. Mayın 31-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 131 vergi ödəyicisinə 201 250 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 77,54 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 112 565 vergi ödəyicisindən müraciət daxil olub, 105 173 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 60,20 mln. manat təşkil edir. Mayın 31-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 57,71 mln. manat vəsaitin 99 603 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Göründüyü kimi, mayın 31-nə pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 135 264,2 min manat məbləğində maliyyə dəstəyi göstərilib.