XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

11 Mart 2016 - 19:49

Beynəlxalq Enerji Agentliyi:"Neft qiymətləri sabitləşə bilər"

neft

Neft qiymətlərinin stabilləşmə, hətta yenidən artma ehtimalı barədə sübutlar var. 

BBC-nin məlumatına görə, bunu Beynəlxalq Enerji Agentliyi (IEA) bəyan edib.

Qurum bildirir ki, bu, ABŞ-da neft hasilatının azaldılması və digər ölkələrin neft tədarükünün qarşısının alınması nəticəsində baş verir: "İranın prosesə qoşulması nəticəsində artım olacağına dair qorxular da özünü doğrultmayıb. Neftin qiyməti 2014-cü ilin iyunundan bəri 70 faiz düşərək bu ilin əvvəlində 27 dollara satılıb". 

Sənaye ölkələrində enerji siyasətini əlaqələndirən agentlik güman edir ki, qeyri-OPEC ölkələrində də istehsalın həcmi 2016-ci ildə sutkada 750,000 min barrelə düşəcək: "ABŞ-dakı istehsalın isə sutkada 530,000 min barel azalacağı proqnozlaşdırılır".