XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

05 İyun 2020 - 15:14

“Brent” neftinin qiyməti 41 dolları ötdü

OPEC+ ölkələri nazirlərinin görüşünün sabah keçirilməsinin planlaşdırılması ilə bağlı xəbərlərdən sonra dünya bazarında neft bahalaşmaqdadır.

Bakı vaxtı ilə saat 14:40-a olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin bir barelinin qiyməti 2,98% artaraq 41,18 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 2,35% artaraq 38,29 ABŞ dolları olub.