XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

05 İyun 2020 - 17:54

Azərbaycan “OPEC+” nazirlərinin iclasında iştirak edəcək –Energetika Nazirliyi

İyunun 6-da Bakı vaxtı ilə saat 16:00-da OPEC, 18:00-da isə “OPEC+” ölkələri nazirlərinin video-konfrans formatında iclasları keçiriləcək. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək.

Energetika Nazirliyindən verilən məlumata görə, “OPEC plus” nazirlərinin iclasında qlobal neft bazarının vəziyyəti, inkişaf tendensiyaları, hasilatın azaldılması öhdəliklərin icrası müzakirə ediləcək. Həmçinin “OPEC plus” üzrə gündəlik neft hasilatının 9,7 milyon barel azaldılması ilə bağlı mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin iyundan sonra uzadılması məsələsinə baxılması nəzərdə tutulur.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi” qəbul edilib. Bu qərara uyğun olaraq iyul ayından başlayaraq istehsal kvotalarının tədricən yumşaldılması və ilin sonunadək “OPEC+” üzrə gündəlik hasilatın 2 mln. barel artırılması nəzərdə tutulurdu.

Dünya neft bazarının sabitləşdirilməsi məqsədilə ilk dəfə olaraq böyük həcmlərdə öhdəliklər götürmüş Azərbaycanın kvotası isə may-iyun ayları üzrə 164 min barel təşkil edir. Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamaq öhdəliyinə müvafiq olaraq mayın 1-dən gündəlik neft hasilatını azaldır.