XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 June 2020 - 18:59

Dünyada neft-qaz qazma qurğularının sayı mayda 22% azalıb

Bu ilin may ayında dünyada neft və qazın hasilatı üçün lazım olan qazma qurğularının sayı aprel ayına nisbətən 338 ədəd və ya 22,3% azalaraq 1 176 vahid təşkil edib.

Bu barədə neft sənayesi xidmətlərinin göstərilməsində ixtisaslaşmış “Baker Hughes” şirkəti xəbər verir.

Məlumata əsasən, 2019-cu ilin mayında qazma qurğuların sayı 2 182 ədəd təşkil edirdi (1 006 ədəd və ya 46,1% azalma).