XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

08 İyun 2020 - 15:49

İran və Azərbaycanın birgə logistika terminalı istismara veriləcək –Plan və Büdcə İdarəsinin direktoru

İran və Azərbaycan arasında logistika terminalı yaradılacaq.

Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayətinin Plan və Büdcə İdarəsinin direktoru Davud Şaeqi deyib.

D.Şaeqinin sözlərinə görə, iki ölkə arasında logistika terminalı, birgə sənaye parkı, eləcə də Ərdəbil-Parsabad dəmiryolunun çəkilməsi gündəmdədir.

D.Şaeqi əlavə edib ki, bundan əlavə Parsabad-Sərbənd və Parsabad-Biləsuvar magistral yolu genişləndirilərək dördzolaqlı olacaq.

İdarə rəsmisi deyib ki, elan olunan proyektlərin gələn ilin birinci rübünə qədər başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, ötən il Azərbaycan və İran arasında İranın Ərdəbil vilayətinin Parsabad rayonu ərazisində iki ölkənin birgə sənaye parkı yaradılması haqda ilkin razılıq əldə olunub. Bir neçə ay öncə isə İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcunun Bakıya səfərində sənaye parkı ilə əlaqədar müzakirələr aparılıb.

Parsabad rayonu İranın Ərdəbil vilayətinin şimalında yerləşir. Bu rayonda kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı üzrə böyük imkanlar var.