XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

12 Mart 2016 - 17:37

Beynəlxalq Enerji Agentliyi:"Bu il qlobal neft tələbatı gündəlik 95,8 milyon barrel olacaq"

neft-22.jpg

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft tələbatının bu il gündəlik 1,2 milyon barrel artımla sutkada 95,8 milyon barrel olacağını proqnozlaşdırır.

Azərtac xəbər verir ki, IEA-nın aylıq hesabatında gündəlik 32,7 milyon barrellə ən çox tələbatın Asiya və Sakit okean ölkələrində, gündəlik 31,2 milyon barrellə isə Amerika qitəsi ölkələrində olacağı bildirilir.

IEA proqnozlarına görə, bu il qeyri-OPEC ölkələrinin hasilatı gündəlik orta hesabla 57 milyon barrel olacaq. Fevralda qeyri-OPEC ölkələrində hasilat gündəlik 57,1 milyon barrel olub və bu rəqəm keçən ilin müvafiq ayı ilə müqayisədə 250 min barrel azdır.

Beynəlxalq Enerji Agentliyinin qənaətincə sanksiyaların ləğv edilməsindən sonra İranın artan neft hasilatı, həmçinin İraq, Nigeriya və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) çoxalan istehsal bazarda az da olsa tələb-təklif tarazlığına səbəb olub.

Fevralda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) ən böyük istehsalçısı Səudiyyə Ərəbistanında isə neft hasilatının həcmi yanvar ayı ilə eyni olub.