Azərbaycan hasilatın azaldılması ilə bağlı OPEC+ sazişi çərçivəsində may ayında üzərinə götürdüyü öhdəliyi 98 faiz səviyyəsində yerinə yetirib. Bu, çox yüksək fəaliyyət göstəricisidir”.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi “Post-COVID-19 dövründə enerji məsələləri” adlı vebinarda Azərbaycanın Energetika naziri Pərviz Şahbazov qeyd edib.
O bildirib ki, növbəti ay ərzində əlavə olaraq neft hasilatının təxminən 2 500 barel azaldılmasını və 2% kompensasiya edilməsi planlaşdırılır.
Nazir bildirib ki, Azərbaycan hər zaman öhdəliklərinə sadiqdir və xüsusisilə OPEC+ bəyanməsi çərçivəsində irəli gələn onu ciddi qəbul edib: “Azərbaycan əvvəl də öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirib və hər zaman ciddi qəbul edib”.
P. Şahbazov qeyd edib ki, Azərbaycan əvvəllərdə öhdəliklər hər zaman artıqlaması iilə yerinə yetirilib: “Bu, tarixi ən böyük hasilatın azaldılması ilə səciyyələnib və OPEC+ sazişi çərçivəsində Azərbaycanın üzərinə düşən azalmça həcmi əvvəllər üzərinə götürdüyü öhdəliklərdən çox idi. Əvvəllər, 2018-ci ilin oktyabr ayında OPEC+ sazişi çərçivəsində Azərbaycanın üzərinə düşən hasilat həcmi 164 min barel idisə, bu ili ay – may, iyun və əlavə olaraq iyul aylarında öhdəliklərini tam yerinə yetirəcək. Azərbaycan OPEC+ sazişindən irəli gələn bütün öhdəliklərini tam yerinə yetirərəcək”.
Report