XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

12 İyun 2020 - 17:47

Azərbaycan benzin və dizel istehsalını artırıb –CƏDVƏL

Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 295 mln.  manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2% artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft məhsullarından sürtkü yağlarının istehsalı 61,2%, neft bitumunun istehsalı 37,2%, yanacaq mazutunun istehsalı 17,4%, dizel yanacağının istehsalı 5%, avtomobil benzininin istehsalı 1,2% artıb.

Məlumata əsasən, hesabat dövrü ölkədə neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 3,5%, neft koksunun istehsalı 6,7%, ağ neftin istehsalı isə 13,6% azalıb.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

2020-ci ilin yanvar-may aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Avtomobil benzini, min ton 

505,9

101,2

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

131,6

96,5

Ağ neft, min ton 

219,9

86,4

Dizel yanacağı, min ton

930,6

105

Yanacaq mazutu, min ton

38,5

117,4

Sürtkü yağları, min ton

10,8

161,2

Neft bitumu, min ton

99,9

137,2

Neft koksu, min ton

95,2

93,3