XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

12 İyun 2020 - 21:04

Dəmir yolu ilə sərnişindaşımalar 7%, yükdaşımalar isə 3% artıb –Statistika Komitəsi

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 6 mln. ton yük daşınıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövrü dəmir yolu nəqliyyatı ilə 1 359,8 min sərnişin daşınıb, bu da 6,8% artım deməkdir.

Məlumata əsasən, hesabat dövrü orta hesabla sutkada 314 vaqon yüklənmiş, 370 vaqon isə boşaldılmışdır.

“Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,4 min ton, Qərb istiqaməti üzrə 3,2 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib”, – komitədən bildirilib.