XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2016 - 10:39

Fevral ayında ərzaq 0,9 faizbahalaşıb

 

erzaq

 

Fevral ayında Turan Agentliyinin tərtib etdiyi 30 əsas ərzaq növündən ibarət istehlak səbətinin qiyməti 0,9% bahalaşıb.

Yanvarda 6,4% ucuzlaşma qeydə alınmışdı. Fevralda tqoyuq əti (+3,6%), içalat (+3,3%), süd (+6,9%),  xiyar (+9,5%), alma (+31%) bahalanıb.  Yumurta (-66%), kərə yağı  (-21%), şəkər tozu (-26,5%), düyü (-7,5%), peçenye (-5%), kartof (-16,%), soğan (-16,%) ucuzlaşıb.

Qalan ərzaq növlərinin qiyməti əsasən sabit qalıb.

Maraqlıdır ki, manat ucuzlaşdığı halda bir sıra idxaldan asılı mallar ucuzlaşıb. Ekspertlərin fikrincə, bu, gömrükdə yığımların leqallaşması və idxalçılardan rüşvətin qadağan edilməsi ilə bağlıdır.      

2015-ci ilin dekabrında Bakıda istehlak malları 11,52% bahalanıb.

Həmçinin Turan-ın yanvarda verdiyi fevralda gözlənilən qiymət sabitliyi haqda proqnozu özünü doğruldub.