XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2016 - 10:43

Natiq Əliyev:“Cənub Qaz Dəhlizi” 2030-cu ildə mənfəətli olacaq”

 

cqz

 

““Cənub Qaz Dəhlizi” layihəsi 50-60 il aktiv olacaq. “Cənub Qaz Dəhlizi” və “Şahdəniz 2” layihəsi 2028-2030-cu illərdə xərclərini çıxaracaq”.

Bu sözləri energetika naziri Natiq Əliyev "Natural Gas Europe" saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, cəlb edilən şirkətlərin hər birinin mənfəətliliklə bağlı öz qiymətləndirməsi var.

"Azərbyacan “Şahdəniz”, TANAP və TAP-a vahid layihə kimi baxır. “Şahdəniz 2”nin kapital xərcləri $25 mlrd, “Cənub Qaz Dəhlizi” layihəsinin xərcləri $20 mlrd təşkil edəcək. Türkiyəyə qaz 2018-ci ildən, Avropaya 2020-ci ildən nəql ediləcək. “Şahdəniz 2” layihəsindən gəlirlər qaz Avropaya çatmadan əldə ediləcək. Xərclərin bir hissəsi 2020-ci ilə kimi qayıdacaq. “Şahdəniz 2” layihəsindən  16 mlrd qazla yanaşı, ildə 29 mln barrel kondensat da çıxarılacaq və BTC ilə nəql ediləcək. “Şahdəniz 1” layihəsində qaz və kondensat hasilatı 10 mlrd kubmetr və 16,4 mln barreldir", – deyə Əliyev qeyd edib.

* “Cənub Qaz Dəhlizi” layihəsi Aİ üçün prioritet layihələrdəndir və Avropaya 10 mlrd kubmetr, Türkiyəyə 6 mlrd kubmetr qaz nəqlini nəzərdə tutur.