XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

13 İyun 2020 - 23:13

“www.edvgerial.az” portalında 264 min nəfər qeydiyyatdan keçib

Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması məqsədilə yaradılan xüsusi portalda (“www.edvgerial.az”) artıq 264 min nəfər qeydiyyatdan keçib.

Dövlət Vergi Xidmətindən Azərtac-a verilən məlumata görə, bu ilin may ayı ərzində vətəndaşlar tərəfindən 2,9 milyondan çox kassa çeki barədə məlumat portalda qeydə alınıb.

Həmin çeklər üzrə 207,8 min manat ƏDV məbləği geri ödənilib. Məbləğlər istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib.