XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

15 İyun 2020 - 13:09

Azərbaycanda təbii sərvətlərə əsaslanan layihələrin perspektivləri yenidən nəzərdən keçiriləcək – BMT

Bu ildə koronavirus pandemiyası səbəbi ilə dünyada xarici birbaşa investisiyaların (FDI) həcminin 40%, 2021-ci ildə isə daha 5-10% azalacağı proqnozlaşdırılır.

TASS xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Cenevrədə dərc olunmuş hesabatında deyilir.

Qeyd olunur ki, 2019-cu ildə 1,54 trilyon ABŞ dolları həcmində olan FDI 2005-ci ildən bəri ilk dəfə 1 trilyon dollar səviyyəsindən aşağı olacaq.

Latın Amerikasında FDI göstəricisinin ikiqat, Asiyada inkişaf etməkdə olan ölkələrində 30%-dən 45%-ə, Afrikada 25%-dən 40%-ə, sənaye cəhətdən inkişaf etmiş ölkələrdə isə 25%-dən 40%-ə qədər azalması gözlənilir.

Eyni zamanda, MDB və cənub-şərqi Avropa ölkələri üçün bu azalmanın, təxminən, 38% həcmində olacağı proqnozlaşdırılır.

Hesabat müəllifləri qeyd edirlər ki, pandemiya təchizat, tələbat və FDI siyasətinə zərbə deməkdir: “Dərin tənəzzül perspektivi çoxmillətli müəssisələri layihələrini yenidən qiymətləndirməyə məcbur edəcək”.

Bu baxımdan onlar Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistanda təbii sərvətlərə əsaslanan layihələrin perspektivlərinin azalmaması üçün yenidən nəzərdən keçiriləcəyini proqnozlaşdırırlar.

“Dünya iqtisadiyyatı 2008-ci ildəki maliyyə böhranı dövründəki durumdan daha pis vəziyyətdədir. Pandemiya əksər sektorlarda istehsal və tədarük zəncirlərinin dayandırılmasına, sənayenin bir sıra sahələrinin tam bağlanmasına və əksər iqtisadiyyatlarda istehlakda görünməmiş sarsıntılarsa səbəb olub”, – UNCTAD Baş katibi Muxisa Kituyi hesabatın dərc edilməsi ilə əlaqədar şərhində deyib.

Baş katib FDI ilə bağlı proqnozun çox qeyri-müəyyən olduğunu vurğulayıb: “Perspektivlər səhiyyə sahəsindəki böhranın müddəti və pandemiyanın iqtisadi təsirinə dair siyasətlərin effektivliyindən asılıdır”. (report)