XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

16 İyun 2020 - 22:22

Britaniyada 600 mindən çox insan işsiz qalıb- Koronavirusa görə

Böyük Britaniyada mart-may ayları ərzində 600 mindən çox insan işsiz qalıb.

Koronavirusa görə tətbiq edilən məhdudiyyətlər səbəbindən iş yerlərinin itirilməsinin qarşısını almaq üçün hökumət əməkhaqqı dəstəyi sayəsində epidemiyanın təsirini azaltmağa çalışıb.

Milli Statistika İdarəsinin açıqlamasına görə, may ayında işsizliyə görə sosial yardım müraciətləri əvvəlki aya nəzərən 126 faiz artaraq 2,8 milyon olub.

İdarənin rəsmisi Conatan Atov iqtisadiyyatdakı yavaşlamanın, xüsusilə iş vaxtlarının azaldılmasının əmək bazarına təsirsiz ötüşməyəcəyini deyib.

Həftəlik iş saatları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz azalıb(azərtac).