XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

16 İyun 2020 - 22:02

Azərbaycandan 5 milyard dollarlıq neft və neft məhsulları göndərilib- İl başlayandan

Yanvar-may aylarında Azərbaycandan 13 milyon 773,4 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. İxrac edilən neft və neft məhsullarının dəyəri isə 5 milyard 71,2 milyon ABŞ dolları olub.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, ötən ilin eyni aylarında ölkədən 14 milyon 58,3 min ton xam neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri 6 milyard 721,5 milyon dollar təşkil etmişdi.