XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

17 İyun 2020 - 10:53

Bu il MDB ölkələrinə investisiyalar 38% azalacaq- BMT proqnoz verdi

BMT 2020-ci ildə Cənub-Şərqi Avropa və MDB-nin keçid iqtisadiyyatına malik ölkələrinə xarici investisiya qoyuluşunun 38% azalacağını proqnozlaşdırır.

“Report”un məlumatına görə, bu barədə qurumun Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında bildirilir.

Məlumata görə, azalma əsasən mədən sənayesində hiss olunacaq.

“Koronavirus pandemiyası iqtisadiyyatı keçid dövrü yaşayan ölkələrdə tənəzzülə səbəb olub”, – UNCTAD-ın İnvestisiya və sahibkarlıq üzrə bölməsinin direktoru Ceyms Çjan qeyd edib.

BMT bu il dünya üzrə xarici investisi qoyuluşunun isə 40% azalacağını gözləyir. Belə ki, bu rəqəmin ötənilki 1,5 trilyon ABŞ dollarından 1 trilyon ABŞ dollarına düşəcəyi proqnozlaşdırılır. Bu isə 2005-ci ildən bəri ən aşağı həddir. Proqnoza görə, 2021-ci ildə xarici investisiya axını daha 5-10% azalacaq və əvvəlki vəziyyətin bərpası 2022-ci ildən gec olmayaraq başlayacaq.