XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 June 2020 - 22:52

Avropanın ən iri bankı onminlərlə əməkdaşını ixtisar edəcək

Avropanın ən iri bankı olan Böyük Britaniyanın HSBC bankı onminlərlə əməkdaşını ixtisar etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə mətbuata sızan şirkətin daxili məktubunda deyilir.

Bankın baş direktoru Noel Kuinnin imzaladığı məktubda orta müddətdə 35 min əməkdaşın ixtisar olunması nəzərdə tutulur. Bundan başqa, banka yeni əməkdaşların qəbulu tamamilə dayandırılır.

Qeyd edək ki, bu qərar koronavirus pandemiyası ilə əlaqədar qəbul edilib. Fevral ayında bank xərclərini 4,5 milyard dollar məbləğində azaltmağı planlaşdırdığını açıqlamışdı.