XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

19 İyun 2020 - 15:12

“Neftin kəskin ucuzlaşması müəyyən kəsirlərə səbəb olacaq” – Maliyyə naziri

“Bu il Azərbaycanın dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 ABŞ dollar nəzərdə tutulsa da, aprel-may aylarında qiymət bundan aşağı olub”.

Bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Qiymət tədricən bərpa olunsa da, müvəqqəti ucuzlaşma şübhəsiz ki, müəyyən kəsirlərə səbəb olacaq. Koronavirus (COVID-19) pandemiyas; nəticəsində iqtisadi fəallıq, o cümlədən investisiya qoyuluşu üzrə fəallıq zəifləyib. Bunun nəticəsində qeyri-neft sektorundan vergi daxilolmalarının azalması gözlənilir. Azalma daha çox ilin II yarısına təsadüf edəcək”, – deyə nazir qeyd edib. (report)