Martın 14-də Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 150 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Bu vəsaitdən 11,9 milyon ABŞ dolları 9 banka satılıb.
Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.