XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 13:24

DGK rəsmisi: “Sahibkarlar ölkəni də düşünməlidir”

vahabov

Azərbaycanda 2015-ci il ərzində 7 min xarici iqtisadi fəaliyyət iştirakçısının fəaliyyəti müşahidə edilib və 9 mlrd. ABŞ dolları məbləğində idxal qeydə alınıb. 

Strateq.az report.az-a istinadən xəbər verir ki, bunu "AmCham"ın təşkilatçılığı ilə bu gün Bakıda keçirilən "Gömrük sistemində inkişaf və gələcək perspektivlər" konfransında çıxış edən Dövlət Gömrük Komitəsi Maliyyə-tarif və valyuta nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.

M.Vahabov qeyd edib ki, azadolma sertifikatları yalnız neft-qaz sektorunda çalışan şirkətlərə verilir: 

"Bizi ittiham edirlər ki, subpodratçılar azadolma sertifikatını ala bilmirlər. Bu məsələ birbaşa mənim səlahiyyətimdə olduğu üçün deyim ki, bu günə qədər yüzlərlə podratçı, subpodratçı, hətta sub-subpodratçılar həmin sertifikatı alıb. Azadolma sertifikatı almaq istəyən şirkətlər indi elə mallar idxal etməlidir ki, onlar neft-qaz sektoruna aid olsun. Kimsə vedrə gətirir və deyir ki, bu, İtaliya vedrəsidir. Ona görə də sertifikat istəyir. Yaxud bir ara sosiska idxal edilməsi dəbə minmişdir. Bu gün bəyəm 1992-ci ildir? Sahibkarlar təkcə özlərini yox, ölkəni də düşünməlidirlər".