XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

06 Mart 2015 - 11:09

Avro və tarixin dərsləri

İndiyədək valyuta pariteti müəyyən etməyin üç başlıca cəhdi məlumdur

Avro – tarixin dərslərinə aşkarca meydan oxumaqdır və tarixin dərslərinə qarşı belə ədalara görə bəzən ağır bədəl ödəmək lazım gəlir.

Müasdir dövrdə ta bu günki günədək müxtəlif ölkələrin iqtisadiyyatlarının böyük qrupları arasında valyuta pariteti müəyyən etməyin üç başlıca cəhdi məlumdur: XIX əsrin sonu və XX əsrin əvvəlində qızıl standartın dövriyyəyə buraxılması, II Dünya Savaşının sonundan 1970-ci illərin başlanğıcına qədərki dövrdə qüvvədə olmuş Bretton-Vud sistemi və avro.

Bu halların hamısında valyuta mübadiləsinin müəyyən edilmiş sisteminin tətbiqi valyuta risqinin aradan qaldırılması və nəticə kimi investisiya və beynəlxalq ticarət axını fəallığının gücləndirilməsinə yönəldilib. Bəyan edilmiş təşəbbüs siyasi baxımdan iqtisadi inteqrasiyaya, qarşılıqlı asılılığa yardım etməli və elan edildiyi kimi, ən azı, xalqlar arasında sülhü və razılığı qoruyub saxlamalı idi.

Bütün bu hallarda valyuta inteqrasiyası (hansı ki dünya iqtisadiyyatının trilemmasında haqqında danışıldığı kimi, kapitalın qismən və ya çox azad şəkildə yerdəyişməsi şəraitində də valyuta birliyini təmsil edir) maliyyə və yaxud büdcə inteqrasiyası ilə müşayiət edilmədi. Bu zaman müxtəlif ökələrin çıxş parametrinə nisbətdə tədricən uzaqlaşmasına qarşı çıxmaq mümkün olardı.

Daha bir oxşarlıq bundan ibarətdir ki, bütün bu hallarda nisbi sabitliyin başlanğıc dövrü və müəyyən edilmiş kursun müvəffəqiyyəti yalnız növbəti sistemli böhrana qədər davam etdi. XX əsrin əvvəlinin qızıl standartından bütün əsas valyutaların haçansa müəyyən edilmiş paritetdən imtina etdiyi 1930-cu illərin Böyük Depressiyasına qədər istifadə edildi.

Müəyyən edilmiş mübadilə kursunu birinci tərk etmiş ölkələrdə – Böyük Britaniya, Şimali Avropanın bir neçə ölkəsi və 1931-ci ildə qızıl standartdan çıxmış ölkələrdə iqtisadi bərpanın Böyük Depressiyadan sonra hələ müəyyən müddət ərzində özünün sistemə mənsubluğunu saxlamaqda təkidli olan (məsələn, 1935-1936-cı illərədək davam gətirən Fransa, Belçika və İsveçrə kimi) ölkələrdən daha erkən başlanması XX əsr iqtisadiyyatının tarixində yaxşı məlum olan faktdır.

Valyuta-dollar-qızılın mübadilə edilmə sistemi və yaxud Bretton-Vud sistemi 1970-ci illərin böhranına qədər mövcud oldu. Onun ən ağlabatan səbəbi dolların kursunun gizli şəkildə yüksəlməsi və bunun Amerikanın xarici haqq-hesabına necə təsir etməsi oldu, lakin bu böhran ilk simptomları artıq 1960-cı illərin sonunda üzə çıxmış daha dərin sistemli iqtisadi böhranın kontekstində baş verirdi.

Avronun zəfəri 2007-ci ildə alovlanmış növbəti sistemli böhrana qədər davam etdi: o böhranın ki indiyə qədər içindəyik və Avropa kontekstində əsas götürülümş valyuta paritetinin qəti şəkildə ifşasına səbəb oldu. Xüsusən də Almaniyanın apardığı əməkhaqqının azaldılması ilə səciyyələnən, avronun dövriyyə buraxılmasının lap başlağıcından bəri inflyasiyanın səviyyəsinə münasibətdə ziddiyyətə gətirb çıxartmış merkantil siyasət nəticəsində.

Lakin avronun müəyyən edilmiş kursu xüsusi rejimdir. Burada təkcə müxtəlif valyutalar arasında müəyyən edilmiş, ayrı-ayrı ali hakimiyyət orqanlarının nəzarət etdiyi paritet yaradılmır. Avro – ayrı-ayrı iqtisadiyyatların vergi-büdcə planlaşdırmasında müstəqilliyi saxladığı və bölgü koordinasiyası üstünlüyünün olmadığı xüsusi bir rejimdir. Bu onu demontaj olunacağı halda sistemi əvvəlki iki sistemlə müqayisədə daha mürəkkəb, baha başa gələn və öncədən proqnozlaşdırıla bilməyən edir. Lakin, bununla belə, böyük davamlılığı ilə fərqlənir.

Avro, əslində, dəyəri yüksəlmiş tarixə açıqca meydan oxumaqdır. Lakin madam ki bütün bunlarda iştirak edirik və edəcəyik, bu cür meydanoxumanın bədəlini ağır ödəməli olacağıq.

Aleşandre Abreu (“Expresso”, Portyuqaliya)

Qaynaq: inosmi.ru

Materialı Fərzuq Seyidbəyli təqdim etdi.