XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

23 İyun 2020 - 15:45

ƏƏSMN 190 manatlıq yardımla bağlı daha bir açıqlama yaydı:"Təkrar müraciətə ehtiyac yoxdur"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sərt karantin rejimi tətbiq edilən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə veriləcək 190 manat məbləğində birdəfəlik ödəmə ilə bağlı bəzi detalları açıqlayıb.

Strateq.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə zamanı faktiki yaşayış yerinin nəzərə alınacağını bildirilib: “Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək. Birdəfəlik ödəmə üçün təkrar müraciətə ehtiyac yoxdur”.