XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

23 İyun 2020 - 17:44

ÜTT:"Qlobal ticarəti tarixi azalma gözləyir"

Bu ilin II rübündə yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən qlobal ticarət 18,5% azala bilər.

Bu barədə “APA-Economics” Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hesabatına istinadən xəbər verir.

Məlumata əsasən, bu ilin I rübündə dünya üzrə ticarət 3% azalıb. İlkin proqnozlara görə, virus və bunla əlaqədar olan özünü təcridetmə tədbirləri əhalinin əhəmiyyətli hissəsinə təsir göstərdiyi II rüb üçün bu göstərici 18,5% səviyyəsində olacaq.

Mütəxəssislər qeyd edir ki, bu, tarixdə ən böyük azalma olsa da, vəziyyət bundan da pis ola bilərdi.