XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

14 Mart 2016 - 16:58

Neft hasilatçısı ölkələrinin sammiti təxirə salınıb

Neft hasilatçısı ölkələri

 Əsas neft hasilatçısı olan ölkələrin mart ayına planlaşdırılan görüşü təxirə salınıb.

Xural.com report.az-a istinadən xəbər verir ki, bu toplantı aprel ayında baş tuta bilər.

"Bloomberg" agentliyinin bildirdiyinə görə isə görüşün Moskvada və ya Dohada keçirilməsi planlaşdırılır. İran artıq görüşə qatılmaqdan imtina edib. Qeyd edək ki, İran tərəfi gündəlik neft hasilatını 4 mln. barelə çatdırdıqdan sonra masa arxasına otura biləcəyini bildirib. 

Neft ixracatçılarının sammitinin təxirə salınması neftin qiymətini aşağı salıb. "Brent" markalı neftin qiyməti 2,4% azalaraq 39,4 dollar/barelə düşüb. 

Xatırladaq ki, neftin qiyməti martın 8-də son 3 ayın maksimal həddi – 41,48 dollar/barelə çatdıqdan sonra geriləməyə başlayıb. Artıq qiymət bu maksimal həddən 5% aşağı düşüb.

Analitiklər neft qiymətlərinin 35 dollar/barelə qədər enəcəyini proqnozlaşdırır.