Ötən həftənin yekunlarına görə (15-19 iyun), ABŞ-ın kommersiya neft ehtiyatları 1,44 mln. barrel artaraq 540,72 mln. barel təşkil edib.
“APA-Economics”in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 0,3 mln. barrel artacağını proqnozlaşdırırdı.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.