Yanvarda Rusiyanın neft ixracından əldə etdiyi gəliri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 43,7 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin məlumatında deyilir. Belə ki, yanvarda ölkənin neft ixracından əldə edilən gəlirlər 43,7 faiz azalaraq 4,42 milyard səviyyəsinədək geriləyib.
Rusiya neft ixracını isə 2,26 faiz azaldaraq 19,197 milyon tona salıb.