XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

26 İyun 2020 - 21:24

Dəstək Fonduna köçürülən ianələrin məbləği 114 milyon manatı keçib- Rəsmi

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği 114 milyon manatı ötüb.

APA-nın məlumatına görə, bu günə kimi fonda 114 072 570 manat vəsait köçürülüb.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.