XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 June 2020 - 10:56

Azərbaycan nefti həftə ərzində bir qədər bahalaşıb –Qiymət

Ötən həftə ərzində (22-26 iyun) dünya bazarında “Azeri Light” (CIF) markalı neftin orta qiyməti 0,69 ABŞ dolları və ya 1,64% artıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində orta hesabla 42,88 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 44,72 dollar təşkil edib, ən minimal göstərici isə 41,57 dollar səviyyəsində olub. (apa)